Rusiya Prezidenti Vladimir Putin və Ermənistan baş naziri Nikol Paşinyan Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə ikitərəfli komissiyanın yaradılmasını sürətləndirmək barədə razılığa gəliblər.
Yeniavaz.com Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bu barədə Putin-Paşinyan danışıqlarının yekunları ilə bağlı birgə bəyanatda bildirilib."Tərəflər 26 noyabr 2021-ci il tarixli mövcud üçtərəfli razılaşmaya uyğun olaraq, Rusiyanın məşvərətçi yardımı ilə Ermənistan-Azərbaycan sərhədinin delimitasiya və təhlükəsizlik məsələləri üzrə ikitərəfli komissiyanın yaradılmasını sürətləndirmək barədə razılığa gəliblər",- deyə bəyənatda bildirilib.
***17:15
Moskvada Rusiya - Ermənistan liderlərinin görüşü başlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Armenpress” məlumat yayıb. Baş nazir Nikol Paşinyanla Rusiya Prezidenti Vladimir Putinin ikitərəfli münasibətləri, həmçinin, regional məsələləri müzakirə edəcəyi gözlənilir.