Ermənistanda deputatın oğlu saxlanılıb - FOTO


Hakim “Mülki müqavilə” fraksiyasından olan deputat Sergey Baqratyanın oğlu Şant Baqratyan Vayots Dzor bölgəsində 45 yaşlı kişini döyərək xəsarət yetirməkdə şübhəli bilinərək saxlanılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “shamshyan.com” saytı məlumat yayıb.
Saytın məlumatına görə, aprelin 2-də saat 17:30-18:00 radələrində naməlum şəxslər Tamsar yanacaqdoldurma məntəqəsinin direktoru Vaqe Asatryanın ofisinə soxularaq onu döyməyə başlayıblar. Həmin şəxslərdən biri, 27 yaşlı Baqratyan kişini metal dəyənəklə vurub.
Faktla bağlı cinayət işi başlanıb.
Aprelin 18-də istintaq orqanı Baqratyanın 2 ay müddətinə həbs olunması üçün müraciət etmək niyyətindədir.

DİGƏR XƏBƏRLƏR

Top