"Topaz" borcunu vaxtında ödəmir


Azərbaycanda ilk və yeganə qanuni idman mərc oyunu operatoru kimi fəaliyyət göstərən “Caspiantech” QSC dövlət büdcəsi qarşısında olan vergi öhdəliyini vaxtında ödəməyib.
Yeniavaz.com xəbər verir ki, idman mərc oyunları sektorunda “Topaz” markası ilə tanınan “Caspiantech” QSC-nin dövlət büdəcinə 5 min 578 manat 19 qəpik (15.04.2022-ci il tarixinə) vergi borcu var.
Məlumat üçün bildirək ki, “Caspiantech” QSC  19 yanvar 2010-cu il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamı kapitalı 100 min manat olan QSC-nin qanuni təmsilçisi Məmmədov Vüsal Yaqub oğludur.

 

DİGƏR XƏBƏRLƏR

Top