Son bir ildə Böyük Britaniyanın paytaxtı London şəhərində Azərbaycan vətəndaşları və azərbaycan əsilli şəxslər tərəfindən onlarla şirkət qeydiyyatdan keçirilib.
Yeniavaz.com Böyük Britaniyanın rəsmi qurumları tərəfindən açıqlanan məlumatlara istinadən bildirir ki, Londonda yeni şirkət açanların arasında tanınmış həmyerlilərimiz də var.
Onlardan biri sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğlu Anar Mahmudovdur. Anar Mahmudov ötən ilin dekabr ayında “The Old Rectory Church Street, Weybridge, Surrey KT13 8DE” ünvanında yerləşən “Britannia Group Ip Holdings Limited” şirkətinin direktoru təyin olunub. Şirkət ötən ilin mart ayında təsis olunub.
Onu da bildirək ki, Anar Mahmudov daha əvvəl Londonda qeydiyyatda olan “Mea Capital Limited” şirkətinin direktoru olub. Bu şirkət 6 oktyabr 2020-ci il tarixində bağlanıb.
Londonda şirkət açan tanınmış azərbaycanlılar arasında Baş nazirin sabiq müavini Abid Şərifovun nəvəsi Nicat Mahmudov da var. Bu ilin fevral ayının 14 –də qeydiyyata alınan “Londoncapsule Limited” şirkəti “Durweston Street, London, W1H 1PG” ünvanında yerləşir. Nicat Mahmudov eyni zamanda 2017-ci ildə təsis olunan “Abeona Global Limited” şirkətinə də rəhbərlik edir. Nicat Mahmudov həm də 6 saylı cəzaçəkmə müəssisəsinin rəisi Məmməd Mahmudovun oğludur. Nicat Mahmudov anası, yəni Abid Şərifovu qızı – Təranə Mahmudova isə hazırda Nərimanov rayonunda fəaliyyət göstərən “Optimed” Tibb Mərkəzinin direktorudur.
Otən bir ildə Londonda şirkət açan azərbaycanlılar arasında ən yaşlısının 52 yaşı var. Rövşən Rəsulov adlı həmyerlimiz ötən ilin oktyabr ayında “Rgand Uk Ltd” adlı şirlət təsis edib. Böyük Britaniyanın paytaxtında şirkət açan ən gənc azərbaycanlının isə 19 ayşı var. 2003-ci ildə anadan olan Vüqar Məmmədov adlı Azərbaycan vətəndaşı təxminən 2 ay əvvəl – 11 fevral 2022-ci il tarixində Londondan “Mammadovvugar Ltd” adlı şirkətini qeydiyyatdan keçirib.
Son bir ildə Böyük Britaniyanın paytaxtı Londonda azərbaycanlılar tərəfindən qeydiyyatdan keçirilən şirkətlərin bəzilərini təqdim edirik:
Şirkətin rəhbərləri | Doğum tarixləri | Şirkətin adı | Direktor olduqları tarix |
Amin Babayev | Aprel 2001 | “Amix Home Ltd” | 13 aprel 2022 |
Nicat Əliyev | Yanvar 1998 | “Staraz Ltd” | 19 mart 2022 |
Rauf Əliyev | Mart 2001 | “Shopton Ltd” | 30 sentyabr 2021 |
Məmməd Əliyev | Oktyabr 1989 | “Datandata Ltd” | 22 oktyabr 2021 |
Orxan Əliyev | Aprel 1990 | “Raor Ltd” | 1 noyabr 2021 |
Emil Əliyev | Mart 1979 | “Evancom Ltd” | 18 mart 2022 |
Rza Əliyev | Oktyabr 1988 | “22 Park Road Limited” | 29 sentyabr 2021 |
Rəşid Əliyev | Fevral 1997 | “Stackt Ltd” | 13 may 2021 |
Rüstəm Əliyev | Aprel 1983 | “Home Gems Retail Limited” | 2 avqust 2021 |
Sayad Babayev | Oktyabr 1983 | “Umbrella Holding Corporation Ltd” | 24 dekabr 2021 |
Ağarazi Babayev | Sentyabr 1985 | “Bounty Poker Tour LLP” | 17 avqust 2021 |
Səbuhi Babayev | İyul 1987 | “SB Stoneworks Ltd” | 21 dekabr 2021 |
Oruc Mahmudov | Aprel 1990 | “Shoopy Limited” | 11 mat 2021 |
Nicat Mahmudov | Sentyabr 1991 | “Londoncapsule Limited” | 14 fevral 2022 |
Anar Mahmudov | Yanvar 1984 | “Britannia Group Ip Holdings Limited” | 22 dekabr 2021 |
Akşin Mehdiyev | Mart 1975 | “Icecreamocity Ltd” | 11 fevral 2021 |
Akşin Mehdiyev | Mart 1975 | “Window Domain Ltd” | 11 fevral 2021 |
Şahin Quliyev | Sentyabr 2001 | “Elkhanoglu Ltd” | 3 mart 2021 |
Emin Quliyev | İyul 1994 | “Guliyevsbro Ltd” | 16 fevral 2022 |
Eltun Abbasov | Dekabr 1997 | “Zangilan Ltd” | 7 sentyabr 2021 |
Mikayıl Məmmədov | Aprel 1980 | “Higueron Ltd” | 19 iyul 2021 |
Pərvin Məmmədov | Oktyabr 1988 | “Passo At home Ltd” | 16 mart 2022 |
İsmayıl Məmmədov | Avqust 1988 | “Grandala Ltd” | 1 avqust 2021 |
Mehdi Məmmədov | İyun 1981 | Daya Rose Beauty & Health Equip,Emt Company Ltd | 8 aprel 2021 |
Mehdi Məmmədov | İyun 1981 | Hyper Nutritional Trading Company Ltd | 1 aprel 2021 |
Müslüm Məmmədov | İyul 2002 | “Msmgrouping Ltd” | 6 aprel 2021 |
Ziya Məmmədov | May 1983 | “İticket Global Ltd” | 6 sentyabr 2021 |
Ruslan Məmmədov | Noyabr 2000 | “Ruslanmammadov Ltd” | 10 yanvar 2022 |
Səbuhi Məmmədov | Avqust 1995 | “Shoppykicker Ltd” | 10 yanvar 2022 |
Oktay Məmmədov | Oktyabr 1997 | “Oktays Ltd” | 26 yanvar 2022 |
Elçin Məmmədov | Mart 2001 | “Mammadovelchin Ltd” | 8 fevral 2022 |
Vüqar Məmmədov | Yanvar 2003 | “Mammadovvugar Ltd” | 11 fevral 2022 |
Pərviz Məmmədov | İyun 2001 | “Mammadov Ltd” | 12 aprel 2022 |
İsmayıl Məmmədov | Aprel 1998 | “Isico Ltd” | 13 aprel 2022 |
Elvin Həsənov | Mart 1993 | “Kartof Ltd” | 2 mart 2022 |
Orxan Həsənov | Aprel 1997 | “Orkhanhasan Ltd” | 21 mart 2022 |
İslam Həsənov | Dekabr 1994 | “Islam Shop Ecom Ltd” | 11 aprel 2022 |
Oqtay Əhmədov | Sentyabr 1996 | “Grandeshop Ltd” | 10 yanvar 2022 |
Rövşən Rəsulov | Aprel 1970 | “Rgand Uk Ltd” | 22 oktyabr 2021 |
Ceyhun Qasımov | Fevral 1983 | “Youjia Global Co., Limited” | 26 may 2021 |
Anar Qasımov | Yanvar 2002 | “Azerbaijan Fruit and Vegatable Company Ltd” | 7 oktyabr 2021 |
Vüsal Əhmədov | Oktyabr 1988 | “Marlon Consulting Ltd” | 11 fevral 2021 |
Rahib Muradov | Aprel 1993 | “Busimax Ltd” | 18 oktyabr 2021 |
Rahib Muradov | Aprel 1993 | “Geensol Limited” | 5 oktyabr 2021 |
Amin Şirvani | Mart 1988 | “Baku and Susa Ltd” | 4 febral 2021 |
A. Cəfərov