"Bakı Metropoliteni"nin 1,5 milyonluq tenderini bu şirkətlər uddu


"Bakı Metropoliteni" QSC tərəfindən keçirilən 2 tender müsabiqəsinə yekun vurulub.
Yeniavaz.com
açqılanan rəsmi məlumatlara istinadən bildirir ki, tender müsabiqəsinin qaliblərindən biri “İnfinitech” MMC (VÖEN- 1300226131) olub.
“İnfinitech” MMC “Bakı Metropoliteni” QSC-yə müxtəlif növ kompüter və kompüter avadanlıqları satacaq. “Bakı Metropoliteni” QSC satın alacağı bu mallar üçün “İnfinitech” MMC -yə 1 milyon 154 min 769 manat 24 qəpik ödəyəcək.
Tender müsabiqəsinin daha bir qalibi “TMS LTD” MMC (VÖEN- 6400598521) olub.
“TMS LTD” MMC “Bakı Metropoliteni” QSC-nin III yeni (“Bənövşəyi”) xəttinə aid "Xocasən" elektrik deposunda sahə daxili içməli və yanğın əlehinə su xəttinin quraşdırılması işlərini görəcək. “Bakı Metropoliteni” QSC satın alacağı bu işlər üçün “TMS LTD” MMC -yə 437 min 361 manat 28 qəpik ödəyəcək.

DİGƏR XƏBƏRLƏR

Top