Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Nəbatat Bağı tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, tender müsabiqəsinin qalibi “KARPET-D” MMC olub.
“KARPET-D” MMC Mərkəzi Nəbatat Bağına dəftərxana ləvazimatları və təsərrüfat malları satacaq və qarşılığında 21 min 748 manat 90 qəpik alacaq.
Qeyd edək ki, “KARPET-D” MMC 13.02.2017-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 5 manat olan MMC İmişli rayonu, İmişli şəhəri, T.İsmayılov, ev 14, m. 52 ünvanında yerləşir. MMC-nin qanuni təmsilçisi Zalov Xəqani Çingiz oğludur.
Onu da bildirək ki, eyni gündə, eyni ünvanda, eyni nizamnamə kapitalı ilə Zalov Xəqani Çingiz oğlunun qanuni təmsilçi olduğu daha 4 şirkət də qeydiyyatdan keçib. Bunlar "GOLDEN LUKS" MMC, "KURYER TƏCHİZAT" MMC, "VESPA TƏCHİZAT" MMC və "TURBO SERVİCE" MMC adlı şirkətlərdir.
Adları qeyd olunan şirkətlər barəsində açıq internet resurslarında məlumat yoxdur. Bu şirkətlərin adı ancaq dövlət qurumlarının keçirdiyi tender müsabiqələrində keçir. Zalov Xəqani Çingiz oğlunun direktoru olduğu bu MMC-lər aşağıdakı tenderlərin qalibi olub:
MMC-nin adı | Tender keçirən qurum | Müsabiqənin adı | Məbləğ | Tarix |
“Kuryer Təchizat” MMC | Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi | Kompüter və printerlərin təmiri | 5 671 AZN | 15.12.2017 |
“Golden Luks” MMC | AMEA Zoologiya İnstitutu | Mətbəə işləri | 17 813 AZN | 11.01.2021 |
“Golden Luks” MMC | İlahiyyət İnstitutu | Mətbəə işləri | 49 850.13 AZN | 30.12.2020 |
Golden Luks” MMC | Muzey Sərvətləri və Xatirə Əşyaların elmi Bərpa Mərkəzi | İnşaat materialları | 19 748 AZN | 23.10.2020 |
“Golden Luks” MMC | AMEA Qafqazşünaslıq İnstitutu | Çap işləri | 29 900 AZN | 23.07.2020 |
“Vespa Təchizat” MMC | Gənclər və İdman Nazirliyi | Uşaqlar üçün “Novruz” şənliyinin keçirilməsi | 44 430 AZN | 13/03/2020 |
“Turbo Service” MMC | Laçın rayon İcra Hakimiyyəti |
Yolların işıqlandırılması | 48 240.32 AZN | 30/03/2022 |
Məlumat üçün bildirək ki, hazırda “Golden Luks” MMC-nin dövləyt büdcəsinə 13 min 80 manat 78 qəpik, “Vespa Təchizat” MMC-nin isə 8 min 990 manat 79 qəpik vergi borcu var.
A. Cəfərov