Məşhur ABŞ şirkəti Bakı Baş Gömrük İdarəsini məhkəməyə verdi


Dünyanın aparıcı şirkətlərindən biri olan ABŞ-ın “ChampionX” şirkətinin Azərbaycandakı törəmə şirkəti “ChampionX Azərbaycan" MMC Bakı Baş Gömrük İdarəsi barəsində məhkəmə iddiası qaldırıb.
Yeniavaz.com
-un əldə etdiyi məlumata görə, bu gün - 14.04.2022-ci il tarixində iddia Bakı Kommersiya Məhkəməsində hakim Leyla Əliyevanın icraatına verilib. 
Məhkəmə iddiası maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələrlə əlaqəli qaldırılıb.
Məlumat üçün bildirək ki, “ChampionX” şirkəti 1882-ci ildən fəaliyyət göstərir. Hazırda dünyanın 60 ölkəsində təmsilçiliyi olan bu şirkətdə 6 min 600-dən çox işçi çalışır. “ChampionX”-in Azərbaycandakı törəmə şirkəti “ChampionX Azərbaycan" MMC-nin hüquqi ünvanı Nəsimi rayonu, Kövkəb xanım Səfərəliyeva, ev 16, Time B/M, 2-ci mərtəbədə yerləşir. 03.03.2010-cu ildə dövlət qeydiyyatına alınan MMC-nin nizamnamə kapitalı 24 milyon 500 min 100 dollara bərabərdir. Şirkətin qanuni təmsilçisi Leonard Knoxdur.

DİGƏR XƏBƏRLƏR

Top