“İran İslam Respublikası beynəlxalq sərhədlərin dəyişdirilməsi üçün nəzərdə tutulan istənilən plana qəti şəkildə qarşı çıxacaq”.
Yeniavaz.com xəbər verir ki, bu barədə SEPAH-ın (İran İslam İnqilabı Keşikçiləri Korpusu) qeyri-rəsmi tvitter hesabında paylaşılan videoda bildirilib.
Kadrlarda Azərbaycan, Türkiyə, İran və Ermənistanın xəritə üzərində sərhədləri qrafik işarələrlə ayrılıb. Ermənistanı qonşu ölkələrdən ayrılan sərhədləri isə xüsusi işarələrlə daha yaxından diqqətə çatdırılıb.
Digər tərəfdən, kadrlarda ölkələrin əraziləri onların bayraqlarının rəngində boyanan zaman, Naxçıvan Muxtar Respublikası nəzərə alınmayıb və Azərbaycan bayrağının rəngləri ilə işarələnməyib.
جمهوری اسلامی ایران در برابر هر نقشهای که با هدف تغییر مرزهای بینالمللی طراحی شده باشد با قدرت مقابله خواهد کرد.#خط_قرمز pic.twitter.com/u9uhaToDag
— کانال سپاه پاسداران | IRGC (@Sepah_FA) April 10, 2022
Əliş Abdulla