Ukraynanın Azərbaycndakı səfiri Vladislav Kanevski Xocalı soyqırımı ilə Buçadakı hadisələri müqayisə edib.
Yeniavaz.com xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
“1992-ci il tarixli Xocalı faciəsi ilə 2022-ci il tarixli Buça qətliamı arasında 30 il ötüb. Vaxt keçir, lakin əl yazısı eyni olaraq qalır...”, - paylaşımda qeyd edilib.
1992-ci il tarixli #Xocalı faciəsi ilə 2022-ci il tarixli #Buça qətliamı arasında 30 il ötüb.
— Vladyslav Kanevskyi (@V_Kanevskyi) April 7, 2022
Vaxt keçir, lakin əl yazısı eyni olaraq qalır...#Ukrayna #Azərbaycan#StopRussianAggression pic.twitter.com/zmqL3n2Bt4
Qeyd edək ki, Ukraynanın Buça şəhərində 320 mülki şəxsin rus əsgərləri tərəfindən öldürüldüyü bildirilir. Rusiya tərəfi isə səsləndirilən bütün fikirləri rədd edir və belə bir hadisənin yaşanmadığını iddia edir.