Azərbaycan bu il İtaliyaya qaz ixracını artıra bilər


Azərbaycanın energetika naziri Pərviz Şahbazov İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di Maio ilə görüşüb.

Yeniavaz.com xəbər verir ki, bu barədə Pərviz Şahbazov öz tvitter hesabında bildirib.

Nazir qeyd edib ki, görüşdə tərəflərin çoxölçülü strateji tərəfdaşlığında enerji əməkdaşlığı sahəsində artan rolu dəyərləndirilib.

Pərviz Şahbazov vurğulayıb ki, hazırkı artım tempi davam edərsə, ilin sonuna qədər İtaliyaya qaz ixracı 9.5 mlrd. kubmetrə çata bilər.

DİGƏR XƏBƏRLƏR

Top