“Türkiyə Cümhuriyyəti rusiyalıların ölkəyə səfərində heç bir problem görmür”.
Yeniavaz.com Rusiya mediasına istinadla xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
“Biz BMT-nin Rusiyaya qarşı sanksiyalarına riayət edirik. Rusiyalıların, o cümlədən, oliqarxların, biznesmenlərin Türkiyəyə səfərində heç bir problem yoxdur”-deyə o bildirib.
Çavuşoğlu vurğulayıb ki, Türkiyə hər qanuni fəaliyyətə icazə verib və Avropa sanksiyalarına qatılmır.