Bir neçə saat əvvəl Ukrayna lideri Volodimir Zelenski Brüsseldə Avropa Şurasının sammitində gecə çıxışı edib.
Yeniavaz.com xəbər verir ki, Rusiyaya qarşı sanksiyalara görə Avropa İttifaqına təşəkkür edib.
“Siz həmrəysiniz, ətrafımızda birləşmisiniz. Amma demək istəyirəm ki, bu, bu və ya digər şəkildə müxtəlif üsullarla edilib. Əsas odur ki, siz birləşdiniz. Biz bunu həqiqətən yüksək qiymətləndiririk”, - o bildirib.
Zelenski çıxışında sanksiyaların bir az gecikdiyini dilə gətirib:
“Siz sanksiyalar tətbiq etdiniz. Biz minnətdarıq. Bunlar güclü addımlardır. Amma bir az gec oldu. Çünki qabaqlayıcı olsaydı, Rusiya müharibəyə getməzdi. Biz sizə minnətdarıq. Və bu doğrudur. Amma həm də bir az gec oldu. Çünki vaxtında olsaydı, Rusiya qaz böhranı yaratmazdı. Ən azından şans var idi”.
O qeyd edib ki, hazırda Ukrayna Avropa İttifaqına üzvlüyə hazırlaşır:
“Sizdən xahiş edirəm - gecikməyin. Xahiş edirəm. Çünki bu ayda siz hər şeyi müqayisə etmisiniz və görürsünüz, kim nəyə dəyər. Ukrayna yaxın gələcəkdə Aİ-də olmalıdır. Buna şansımız var”.
Zelenskinin çıxışını təqdim edirik: