Bu gün, 25 mart Rusiya-Ukrayna müharibəsinin 30-cu günüdür. Ukrayna ərazisində Rusiyanın başlatdığı hərbi əməliyyatlar hələ də davam edir.
Yeniavaz.com son sutka ərzində müharibə fonunda dünyada baş verən əhəmiyyətli hadisələrin qısa icmalını təqdim edir:
- Ötən gün NATO, G7 və Aİ liderlərinin Brüsseldə görüşü keçirilib
- ABŞ Prezidenti Co Bayden deyib ki, NATO heç vaxt bu qədər birləşməyib. O, sanksiyaların Moskvanın qərar qəbul etməsinə təsir edəcək qədər uzun müddət qüvvədə qalması üçün birliyi davam etdirməyə çağırıb
- Bayden, Böyük Britaniyanın Baş naziri Boris Conson və Fransa Prezidenti Emmanuel Makron, Rusiyanın Ukraynada kimyəvi silahdan istifadə edəcəyi təqdirdə necə cavab verəcəklərini söyləməkdən imtina ediblər
- NATO Slovakiya, Macarıstan, Bolqarıstan və Rumıniyaya ümumilikdə 40 min hərbçidən ibarət dörd yeni döyüş qrupunun göndəriləcəyini təsdiqləyib
- Almaniyadan Şolz və Avropa Komissiyasının prezidenti Ursula von der Leyen, Rusiya enerjisi üçün ödənişlərin Moskvanın tələb etdiyi kimi rublla həyata keçirilməyəcəyini bildiriblər
- ABŞ-ın yüksək səviyyəli müdafiə strateqi bildirib ki, Rusiya müharibəni işğaldan əvvəl olduğundan daha zəif bitirəcək.
Ukraynada döyüşlər davam edir:
Ukraynanın işğal olunmuş liman şəhəri Berdyanskda Rusiyaya məxsus desant gəmisi məhv edilib, daha iki gəmi isə zədələnib
Ukrayna bildirir ki, müharibə başlayandan bəri Rusiya ilə ilk düzgün əsir mübadiləsi həyata keçirib, 10 ukraynalı 10 rusla dəyişdirilib. Ayrı bir mübadilədə Odessa sahillərində batan gəmidən xilas edilən 11 rusiyalı mülki dənizçi ruslar tərəfindən əsir götürülən gəmidən 19 ukraynalı dənizçi ilə dəyişdirilib
Ümumdünya Səhiyyə Təşkilatı, mühasirəyə alınmış cənub-şərqdəki Mariupol şəhərinə və həmçinin daha qərbdə yerləşən Nikolayevə çox ehtiyac duyulan tibbi ləvazimatları hələ də əldə edə bilmədiyini açıqlayıb
BMT rəsmiləri bildiriblər ki, Ukrayna vətəndaşları Rusiyanın işğal etdiyi bölgələrdə oğurlanır və girov saxlanılır.