MDU-da narkomaniya əleyhinə tədbir keçirildi


Mingəçevir Dövlət Universitetində (MDU) “Narkomaniyaya yox deyək!” mövzusunda tədbir keçirilib.
Yeniavaz.com
xəbər verir ki, Mingəçevir Şəhər Polis Şöbəsinin rəisi, polis polkovniki Ədalət Əliyev polis əməkdaşları ilə birgə orta və ali təhsil müəsissələrində  narkomaniya və digər zərərli vərdişlərlə bağlı maarifləndirici tədbirlər keçirir. Məqsəd gənclərin və yeniyetmələrin diqqətini narkotik maddələrin insan sağlamlığına, onun maddi və mənəvi aləminə vurduğu zərərlərə yönəltmək və narkomaniya ilə mübarizədə hər kəsi daha aktiv bu işdə polisə dəstək olmaqa səsləməkdir.
Maarifləndirici tədbirdə  universitetin tələbələri, rektor və müəllimlər iştirak edib.
Esmira Hidayətova, Mingəçevevir


 

DİGƏR XƏBƏRLƏR

Top