Elxan Məmmədovu əvəz edən 35 yaşlı şəxs kimdir? – Özbəkistanda doğulub... + DOSYE


Xəbər verdiyimiz kimi, İcraiyyə Komitəsinin bu gün keçirilən iclasında AFFA-nın baş katibi vəzifəsi Sərxan Hacıyevə həvalə olunub. O, daha əvvəl baş katibin müavini vəzifəsini icra edirdi. S. Hacıyev bu vəzifədə Elxan Məmmədovu əvəz edib.
Yeniavaz.com
Sərxan Hacıyevin dosyesini təqdim edir:
Sərxan Emin oğlu Hacıyev 1987-ci il iyulun 8-də Daşkənd şəhərində anadan olub.
1993-2004-cü illərdə Bakı şəhərində Məktəb-Lisey Kompleksinin 200 saylı orta məktəbində, sonra isə 43 saylı liseyində təhsil alıb.
2004-2008-ci illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) təhsil alıb.
2006-2008-ci illərdə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) bayrağı altında keçirilən uşaq-gənclər yarışlarında hakimlik edib.
2008-2009-cu illərdə həqiqi hərbi xidmətdə olub.
2009-cu ildən bugünədək AFFA-da işləyir:
• 2009-2011 - Beynəlxalq Əlaqələr şöbəsinin mütəxəssisi
• 2011-2012 - Beynəlxalq Əlaqələr şöbəsinin rəhbəri
• 2012-ci ildən bugünədək baş katibin müavini
2011-2013-cü illərdə AFFA və Liverpul Universitetinin “Futbolda idarəçilik” mövzusunda birgə təşkil etdiyi təhsil proqramında təhsil alıb.
2014-2015-ci illərdə UEFA və Lozanna Universitetinin “Futbolda idarəçilik” mövzusunda birgə təşkil etdiyi təhsil proqramında təhsil alıb.
2015-ci ildən etibarən UEFA nümayəndəsi kimi beynəlxalq futbol oyunlarının təşkilində iştirak edir.
2016-cı ildə Bakı şəhərində keçirilən 17 yaşadək futbolçulardan ibarət komandalar arasında UEFA Avropa Çempionatının Final mərhələsi turnirinin direktoru olub.
2012-2021-ci illərdə Azərbaycanda keçirilən mötəbər futbol tədbirlərinin təşkilat komitələrində işləyib:
• 2012-ci il, FIFA 17 yaşadək qızlardan ibarət komandalar arası Dünya Çempionatı – Beynəlxalq Əlaqələr üzrə məsləhətçi
• 2013-cü il, Hərbçilər arasında Futbol üzrə 1-ci Dünya Kuboku – Beynəlxalq Əlaqələr üzrə məsləhətçi
• 2014-cü il, Futzal üzrə UEFA Kubokunun Final mərhələsi turniri / “Dördlər finalı” – Beynəlxalq Əlaqələr üzrə məsləhətçi
• 2019-cu il, UEFA Avropa Liqasının Final oyunu – Dövlət Qurumları ilə əlaqələndirici nümayəndə
• 2021-ci il, UEFA Avropa Çempionatının Final mərhələsi turniri / AVRO-2020 – Dövlət Qurumları ilə əlaqələndirici nümayəndə
Azərbaycan, rus, ingilis və türk dillərini bilir.

DİGƏR XƏBƏRLƏR

Top