“Erməni qartalları” könüllü dəstəsi Rusiya prezidenti Vladimir Putinə Donbasa getməyə icazə verilməsi xahişi ilə məktub göndərib.
Yeniavaz.com “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə “Past” qəzeti yazıb.
Qəzetin yazdığına görə, bir neçə gün əvvəl könüllü dəstənin komandiri Xaçik Asryan Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinə məktubu təhvil verib.
Bundan əvvəl dəstənin sosial şəbəkədəki rəsmi səhifəsində Rusiya Federasiyasının Ukraynadakı xüsusi əməliyyatına kömək etməyə hazır olduğunu bildirən bəyanat yayılıb.