Ukraynada öldürülən azərbaycanlıların nəşi Gəncəyə gətirilib - FOTOLAR


Fevralın 27-də Ukraynadan Moldovaya keçmək istəyən zaman qətlə yetirilən azərbaycanlıların nəşi Gəncənin Gülüstan qəsəbəsinə gətirilib.
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, onlar bu gün Göygöldə dəfn olunacaqlar.
Xatırladaq ki, 27-i fevral tarixində qohumluq əlaqələri olan 40 nəfərdən artıq 8 avtomobildən ibarət həmyerlilərimiz Odessa vilayətindən Moldova istiqamətində şəxsi təşəbbüsləri ilə təxliyəyə çalışan zaman Kuçurqan sərhəd keçid məntəqəsində naməlum şəxslərin silahlı hücumuna məruz qalıb. İsmayılov Rəhim Əli oğlu, onun qardaşı Nemət İsmayılov və Azər İsmayılov dünyasını hadisə yerində, 25 yaşlı Camal Salmanov isə xəstəxanada dünyasını dəyişib. Həmin şəxslər əslən Kəlbəcər rayonundandır və Gəncə şəhərində məskunlaşıb.


DİGƏR XƏBƏRLƏR

Top