Quru sərhədlərinin açılması ilə bağlı Baş nazirdən açıqlama


“Sanitar-epidemioloji sağlamlıq haqqında" qanuna əsasən, hökumətin giriş-çıxışa məhdudiyyət tətbiq etməyə birbaşa səlahiyyəti var”.

Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı Baş nazir Əli Əsədov deyib. Baş nazir bildirib ki, quru sərhədlərimiz bağlıdır: “Karantin qaydaları yumşaldılıb, amma pandemiya aradan qalxmayıb. Rusiya hökuməti martın 21-dən başlayaraq hava məkanını yenidən Azərbaycan üçün açır. Dağıstan sərhədində qalan soydaşlarımızın məsələsi də hökumətin diqqətindədir. Amma onlarla bağlı qəti qərar hələ verilməyib”.

DİGƏR XƏBƏRLƏR

Top