Rusiya və Ukrayna xarici işlər nazirləri Sergey Lavrov və Dmitri Kulebanın görüşü martın 10-da Türkiyənin Antalya şəhərində keçirilən diplomatik forum çərçivəsində baş tutacaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu məlumat verib.
“Rusiya və Ukrayna xarici işlər nazirləri Antalyada görüş keçirməyə hazır olduqlarını təsdiqləyiblər. Hər iki nazir Antalyadakı toplantıda xüsusilə mənim də yer almağımı, üçlü formatda görüş olmasını istədilər”, - Çavuşoğlu bildirib.
#SONDAKİKA
— TRT Haber Canlı (@trthabercanli) March 7, 2022
Dışişleri Bakanı Mevlüt Çavuşoğlu: Ukrayna Dışişleri Bakanı Kuleba ve Rusya Dışişleri Bakanı Lavrov ile perşembe günü Antalya’da üçlü formatta toplantı gerçekleştireceğiz.https://t.co/8sbAFAOliv pic.twitter.com/bno2Hpakiu