23 yaşlı Aytacın dəhşətli qətlində şübhəli bilinən qadın tutulub - YENİLƏNİB


Qəbələ rayonunda qətl hadisəsi törədən şəxs tutulub.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Yeniavaz.com-a bildirilib ki, Qəbələ rayonunda Aytac Əliyevanın qətlə yetirilməsi ilə əlaqədar rayon prokurorluğunun və polis şöbəsinin əməkdaşları tərəfindən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri həyata keçirilib.
Nəticədə qətli törətməkdə şübhəli bilinən bir nəfər qadın saxlanılıb.
Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanılıb, hazırda istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

***16:36

Qəbələdə 1999-cu il təvəllüdlü Aytac Əliyevanın doğranmış meyiti binanın blokunda zənbildə tapılıb.

Yeniavaz.com "qafqazinfo"ya istinadla xəbər verir ki, hadisə Qəbələnin Zarağan kəndi ərazisindəki hərbi şəhərcik adlanan ünvanda baş verib.
Aytac Əliyeva məhz həmin binanın sakini olub. Məlumata görə, əslən Ağsu rayonundan olan Aytac əri ilə birgə sözügedən ünvanda yaşayıblar. Onun həyat yoldaşı Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında müddətdən artıq xidmət edən hərbi qulluqçudur.
Meyitin binanın blokunda qalmasına gəlincə, qonşuların verdiyi məlumata görə, hadisəni törədən iki nəfər olub.
Onların iddiasına görə, iki maskalı şəxs  içində Aytacın bədəninin doğranmış hissələri olan zənbillə blokdan çıxarkən qonşulardan biri bunu görüb və qışqırmağa başlayıb. Nəticədə, onlar meyiti ataraq hadisə yerindən qaçıblar.
Faktla bağlı araşdırma aparılır.

***13:46
Qəbələ rayonunda zibil qutularında bədənin hissələri tapılan meyitin kimliyi məlum olub.
Yeniavaz.com
"report"a istinadla xəbər verir ki, meyiti tapılan qadın 1999-cu il təvəllüdlü Aytac Əliyevadır.
Qeyd olunub ki, gənc qadının həyat yoldaşı tərəfindən öldürüldüyü ehtimal olunur.

***13:02
Qəbələ rayonunda gənc qadının hissələrə ayrılmış meyiti tapılıb.
Dünən axşam saatlarında şəhər ərazisində məişət tullantılarının atıldığı qutudan qadın əli tapılıb.
Daha sonra qutularda sellofan torbalara yığılaraq atılmış meyitin digər hissələri aşkarlanıb.
Tapılan meyitin 20-25 yaşlarında olan gənc qadına aid olması ehtimal olunur.
Hazırda hüquq-mühafizə orqanları tərəfindən araşdırmalar aparılır.

DİGƏR XƏBƏRLƏR

Top