“Rus qoşunları Xarkova girib, işğalçılarla döyüşlər davam edir”.
Yeniavaz.com “unian”a istinadla xəbər verir ki, bu barədə Ukraynanın Regional Dövlət Administrasiyasının rəhbəri Oleq Sinegubov məlumat verib.
“Düşmənin yüngül texnikası şəhərin mərkəzinə sıçrayıb. Diqqət! Sığınacaq yerlərini tərk etməyin! Ukrayna Silahlı Qüvvələri düşməni məhv edir. Mülki əhalidən xahiş edirik ki, küçəyə çıxmasınlar” - deyə, o yazıb.
Anton Geraşenkonun sözlərinə görə, hazırda küçə döyüşləri gedir.
Artıq sosial şəbəkələrdə rus qoşunlarının şəhərdə texnika ilə dolaşmalarını əks etdirən kadrlar da yayılıb.