Pensiyaların nə qədər artacağı açıqlandı - RƏSMİ


2021-ci ilin ilkin məlumatlarına əsasən ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 3,4% artıb.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, pensiyaların nə qədər artacağı orta aylıq nominal əməkhaqqının artım tempinə əsasən müəyyən olunur. Bu isə o deməkdir ki, bu il üçün pensiyalar da 3,4% hədində artırılacaq. 
Yəni, 250 manat pensiya alanlarda artım 8,5 manat, 300 manat pensiya alanlarda artım 10,2 manat, 350 manat pensiya alanlarda isə artım 11,9 manat olacaq. 
Onu da qeyd edək ki, yanvar ayının artımı da fevral ayının pensiyası ilə birgə veriləcək.
Bundan başqa, 2022-ci il yanvarın 1-dək pensiya təyin edilmiş əmək pensiyaçılarına (qulluq stajına görə əlavələr alan əmək pensiyaçıları istisna olmaqla) 2022-ci il üzrə 200 manat məbləğində maddi yardımın bərabər hissələrlə rübdə bir dəfə olmaqla(hər rüb 50 manat, hər ay təqribi olaraq 16,6 azn) ödənilməsi təmin ediləcək.

DİGƏR XƏBƏRLƏR

Top