Baş Prokurorluğun yaydığı məlumatla bağlı “Yeniavaz.com”dan AÇIQLAMA


Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən internet informasiya ehtiyatlarına qanunvericiliklə qadağan edilmiş məlumatların yerləşdirilməsi və Namiq Əliyev adlı şəxs  barəsində 1 ay müddətinə inzibati həbs tənbehi seçilməsi haqqında məlumat yayılıb.
Məlumatda adıçəkilən şəxs “Yeniavaz.az” saytı ilə əlaqələndirilib. “Yeniavaz.com” (“Yeniavaz.az”) xəbər saytı olaraq bildirmək istəyirik ki, bizim Namiq Əliyev adında əməkdaşımız mövcud deyil. Bundan əlavə sözügedən şəxs barəsində və ya onun yaydığı hər hansı bir məlumat “Yeniavaz.com” saytında və sayta aid sosial şəbəkə vasitələrində yerləşdirilməyib. Eyni zamanda hər hansı informasiyanın saytdan və ya sosial şəbəkədən götürülməsi ilə bağlı “Yeniavaz.com” xəbər saytına Baş Prokurorluq tərəfindən heç bir məlumat daxil olmayıb.

DİGƏR XƏBƏRLƏR

Top