“O uzanan dilləri yeri gələndə qoparmaq bizim borcumuzdur”.
Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Sezen Aksunun qalmaqallı mahnısı barəsində deyib.
“Təhqirlərin mini bir qəpik. O uzanan dilləri yeri gələndə qoparmaq bizim borcumuzdur. Həzrəti Adəm əfəndimizə kiminsə dili uzana bilməz. Həvva validəmizə kiminsə dili uzana bilməz. Onlara həddini bildirmək bizim borcumuzdur”-deyə Ərdoğan bildirib.
Qeyd edək ki, türkiyəli müğənni Sezen Aksu yeni çıxardığı mahnısında Adəm Peyğəmbər və Həvva haqqında təhqiramiz sözlər işlədib.