Prokurorluq: "Tofiq Yaqublu özünü yumruqlayaraq bu hala salıb" - FOTOLAR


Xəbər verdiyimiz kimi
, Milli Şuranın üzvü Tofiq Yaqublunun 1 dekabr mitinqində döyülməsi, bədəninə müxtəlif dərəcəli xəsarətlərin yetirilməsi iddiası üzrə prokurorluqda aparılan araşdırma başa çatıb.
Yeniavaz.com
xəbər verir ki, T. Yaqublu özünün sosial şəbəkələrdəki hesabında Səbail Rayon Prokurorluğunun onun şikayəti ilə bağlı verdiyi rədd qərarından bəzi hissələri paylaşıb:
“Dekabrın 1-də 39-cu Polis Bölməsində və ondan kənarda mənə verilmiş işgəncə ilə bağlı şikayətimin rədd edilməsi haqqında 18 səhifəlik qərarı bu gün aldım. Müstəntiqlər Hilal Abbasov və Araz Əkbərovun birlikdə hazırladıqları qərara görə,  həmin xəsarətləri mən polisə şər atmaq məqsədilə polis bölməsində özümü divara, yerə vuraraq və əllərimlə sifətimə zərbələr endirərək yetirmişəm. Qərarda beləcə də yazıblar və bu haqda çoxlu sayda "şahid" polislərin ifadələri yer alıb. Onlardan bir neçəsini aşağıda yerləşdirmişəm. Həmin qərarda deyilir ki, guya məni polis bölməsindən saat 17:45-də buraxıblar. Yazıblar ki, həmin ərəfədə nə polis bölməsindəki, nə də  o ətrafda şəhərin mərkəzindəki videomüşahidə kameralarının heç biri işləməyib. Mənim 18:20-də Ələt qəsəbəsində maşından düşürüldüyümün videosu və oradan etdiyim telefon zənginin sübutu var.  Yaxşı, heç olmasa bu suala cavab verin, o cür ağır işgəncəyə məruz qalmış adam pik saatda, şəhərdə avtomobillərin tıxacda ilişib qaldığı bir vaxta  35 dəqiqə ərzində Ələt qəsəbəsinə  necə gəlib çıxıb? Əgər, məni polis bölməsindən rahatca   yola salmışdınızsa, bəs telefonum niyə orada qalmışdı və biz onu yalnız 2 gündən sonra ala bildik?”.




Qeyd edək ki, T.Yaqublu ötən il dekabrın 1-də Saleh Rüstəmlinin həbsinə etiraz olaraq Fəvvarələr Meydanında keçirilən mitinq zamanı saxlanılıb. Daha sonra onun üz nahiyəsində xəsarət izləri olan görüntüləri yayılıb. T.Yaqublu polislər və mülki geyimli şəxslər tərəfindən şəhər kənarına aparılaraq döyüldüyünü iddia etsə də, Daxili İşlər Nazirliyi onun döyülməsinin polislə heç bir bağlılığı olmadığını açıqlayıb.

DİGƏR XƏBƏRLƏR

Top