Kliniki Tibbi Mərkəzdə işıqlar söndü - AÇIQLAMA


Kliniki Tibbi Mərkəzdə işıqlar sönüb.
Yeniavaz.com
oxu.az-a istinadla xəbər verir ki, bu barədə Mərkəzin İctimaiyyətlə əlaqələr bölməsinin müdiri Elnur Hidayətoğlu açıqlama verib və bildirib ki, bu gün saat 11:30 radələrində Kliniki Tibbi Mərkəzi elektrik enerjisi ilə təmin edən yüksək gərginlikli hava xəttində açılma baş verib:
“Bu səbəbdən elektrik enerjisi təxminən 10 dəqiqə sonra, saat 11:40-da tam bərpa olunub. Mərkəzin bütün şöbələrində və ya korpuslarında ümumiyyətlə elektrik enerjisinin olmaması ilə bağlı yayılan məlumatlar əsassızdır.
Bildiririk ki, Kliniki Tibbi Mərkəzin ümumilikdə 5 ədəd elektrik generatoru var və həmin zaman onlardan yalnız biri işə düşməyib. Bu da Mərkəzin Poliklinika şöbəsinin işinə təsir edib. Ağır xəstələrin olduğu digər şöbə və bölmələrdə elektrik enerjisinin verilişində problem yaşanmayıb.
Bir daha bildiririk ki, elektrik enerjisinin verilişində baş verən qısa fasiləli problem Kliniki Tibbi Mərkəzin fəaliyyətinə, mərkəzdə olan ağır xəstələrin vəziyyətinə heç bir təsir etməyib”.

DİGƏR XƏBƏRLƏR

Top