"Nəcməddin Sadıkov əlini yellədi və mənə nalayiq söz dedi, o sözdən anladım ki..." - "Tərtər işi"ndə işgəncə görən kapitan


İkinci Qarabağ və Aprel döyüşlərində iştirak etmiş ehtiyatda olan kapitan Elmar Allahverdiyev “Tərtər işi” və başına gələnlərlə bağlı danışıb.
Yeniavaz.com
xəbər verir ki, kapitan bu barədə “Kanal 13”ə müsahibə verib.
Elmar Allahverdiyev bildirib ki, Aprel döyüşlərində onun kəşfiyyat bölüyü Seysulan kəndi istiqamətində mövqe tutub. E. Allahverdiyev qeyd edir ki, onun bölüyünə minalanmış ərazidən keçmək komandası verilib. Kapitan iddia edir ki, düşmən mövqeyini ələ keçirdikdən sonra ona artilleriyanın dəstəyi verilməyib. Səbəb kimi isə mərmilərin bitdiyi bildirilib.
Elmar Allahverdiyev Prezidentlə görüş zamanı sabiq Baş Qərargah rəsisi Nəcməddin Sadıkovla yaşadığı xatirəni danışıb və həmin hadisənin onun kariyerasının bitməsinə səbəb olduğunu deyib:
“Müdafiə naziri Zakir Həsənov, Baş Qərargah rəisi Nəcməddin Sadıkov və 1-ci ordu korpusunun komandiri Hikmət Həsənov məni yanlarına çağırdılar. Müdafiə naziri öz tapşırıqlarını verdi. Daha sonra N. Sadıkov və H. Həsəov məni kənara çəkdilər. 4-5 cümlə yazılan bir vərəq verdilər. Görüş zamanı Prezident “kimin nə sözü var” -, deyə məndən soruşdu. Sən demə, həmin anda mən əlimi qaldırıb ayağa qalxmalıyam və o vərəqdəkiləri məruzə etməliyəm. Mən orda qərar verdim ki, demək olmaz. Mən – zabit ölkə başçısını aldada bilmərəm. Ali baş komandan gedəndən sonra N. Sadıqov əlini belə yellədi və mənə nalayiq bir söz dedi. O sözdən artıq anladım ki, mənim karyeram bitdi”.
E. Allahverdiyev “Tərtər işi”ndə ona göstərilən işgəncələrdən də söz açıb.
Həmin müsahibəni təqdim edirik.

DİGƏR XƏBƏRLƏR

Top