Abel Məhərrəmov haralardadır?


Bir müddət öncə bəzi KİV-lərdə akademik Abel Məhərrəmovun rektor vəzifəsindən çıxarılandan sonra işsiz qalması ilə bağlı məlumatlar yayılmışdı.
Yeniavaz.com
xəbər verir ki, Abel Məhərrəmov hazırda BDU-nun Üzvi kimya kafedrasının müdiri vəzifəsini tutur. Bu barədə Bakı Dövlət Universitetinin rəsmi saytında məlumatyerləşdirilib. Yəni Abel Məhərrəmov rektor postundan uzaqlaşdırılsa da, kafedra müdiri vəzifəsini qoruya bilib.
Xatırladaq ki, Abel Məhərrəmov 1999-2018-ci illərdə BDU-nun rektoru vəzifəsində çalışıb.
O, həm də iki III və IV çağırış Milli Məclisin (2005-2015-ci illər) 16 saylı Yasamal ikinci seçki dairəsindən deputatı olub.
Akademik hakim Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının və İdarə Heyətinin də üzvü idi.
Amma 2018-ci il noyabrında BDU-nun rektoru vəzifəsindən azad edilən A.Məhərrəmovun adı YAP-ın 5 mart 2021-ci ildə keçirilmiş növbədənkənar VII Qurultayında qurumun İdarə Heyətinə və Veteranlar Şurasına salınmadı.

 

DİGƏR XƏBƏRLƏR

Top