Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin atası Nikoloz Saakaşvili oğlunu aclıq aksiyasına son qoymağa çağırıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə onun "Facebook" səhifəsində paylaşım edilib. O, oğlunu düşmənin dəyirmanına su tökməməyə və indi daha çox mübarizə aparmağa dəvət edib:
"Bu mərhələdə oğlum Mişa ilə başqa heç bir ünsiyyət vasitəm yoxdur. Ümid edirəm ki, heç olmasa sosial şəbəkələr vasitəsilə səsimi ona çatdıra bilərəm. “Mişa, bir həkim və bir ata kimi sənə müraciət edirəm. Aclıq sənin sağlamlığına mənfi təsir edəcək. Xahiş edirəm, aksiyanı dayandır. Gələcəkdə düşmənlərlə mübarizə üçün güc və enerji topla. Bu qərarı ver. Tezliklə görüşərik"”.
Qeyd edək ki, Gürcüstanın eks-prezidenti səkkizinci gündür aclıq aksiyasına başlayıb. Bu gün isə vəkili Baka Basliya onun vəziyyətinin pisləşməsi ilə bağlı məlumat yayıb.