İranda karantin rejimi sərtləşdirildi


İranda yeni növ koronavirus səbəbilə iş yerlərində məhdudiyyətlərin tədbiqinə başlanıldı.
Yeniavaz.com
xarici KİV-ə istinadən bildirir ki, bu barədə İran Prezidenti İbrahim Rəisinin başçılıq etdiyi Koronavirusla Mübarizə Milli Şurasında məlumat verilib.
Qərara əsasən, 16-21 avqust tarixlərində qüvvəyə minəcək məhdudiyyətlər daxilində dövlət idarələri, banklar, ticarət mərkəzləri və bütün məcburi olmayan iş yerləri bağlanacaq. Yas mərasimlərinin keçirilməsinə isə icazə veriləcək.

DİGƏR XƏBƏRLƏR

Top