Ermənistan tərəfinin dövlət sərhədi istiqamətində Qaragöl ətrafında Azərbaycan Ordusunun bölmələrinin guya təxribat törətməsi və bir hərbçimizin həlak olması barədə yaydığı məlumat yalandır.
Bu barədə Müdafiə Nazirliyindən Yeniavaz.com-un sorğusuna cavab olaraq bildirilib.
Qeyd olunub ki, qarşı tərəf bu kimi yalan məlumatlarla törədəbiləcəyi diversiyalarına zəmin yaratmağa cəhd göstərir.