Goranboyda avtomobil 15 yaşlı yeniyetməni vuraraq öldürüb.
Yeniavaz.com xəbər verir ki, hadisə rayonun Abbasqulular kəndi ərazisində baş verib. Bərbərxanadan çıxıb evinə gedən 2005-ci il təvəllüdlü rayon sakini Quliyev Teyman Elşad oğlunu avtomobil vuraraq öldürüb.
Rayonun digər kəndində daha bir yol-nəqliyyat hadisəsi də baş verib. Belə ki, rayonun Əzizbəyov kəndində hərəkətdə olan "VAZ 2107" və "VAZ 2106" markalı avtomobillər toqquşublar. Nəticədə 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Hər iki hadisə ilə bağlı araşdırma aparılır.
Esmira Hidayətova, Goranboy