İranda yeni növ koronavirusa yoluxan və ölənlərin sayı artıb.
Yeniavaz.com “worldometers”ə istinadla xəbər verir ki, İranda son 24 saatda 620 nəfər COVİD-19-dan dünyasını dəyişib, 36 min 736 nəfər isə həmin xəstəliyə yoluxub.
Nəticədə, İranda koronavirusdan ölənlərin ümumi sayı 97 min 828-ə, yoluxanların sayı isə 4 milyon 425 min 821-ə çatıb.
Verilən məlumatlara görə, son bir həftədir İranda koronavirusa yoluxanların və ölənlərin sayı artmaqda davam edir. Son sutkada ölənlərin sayının 620-yə qalxması ölkədə xəstəliyin yenidən təhlükəli həddə çatması təhlükəsini ortaya çıxarıb. Bəzi mənbələrə görə, İran bu səbəblə ölkədə sərt karantin rejimi tətbiq etməyə hazırlaşır.