Oğuzda baş verən ağır yol qəzasında ölən şəxsin kimliyi məlum olub.
Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, qəza zamanı həyatını itirən motosikletin sürücüsü 1995-ci il təvəllüdlü rayonun Kərimli kənd sakini Taleh Gündüz oğlu Mütəllimovu.Onun atası 1973-cü il təvəllüdlü Gündüz Faday oğlu Mütəllmov isə müayinə edilmək üçün Oğuz RMX-dan Qəbələ rayon xəstəxanasına göndərilib.
***14:00
Oğuzda ölümlə nəticələnən ağır yol qəzası baş verib.
Hadisə saat 12:30-da Qaraməryəm – İsmayıllı-Şəki magistral yolunun Oğuz rayonu Kərimli kəndi ərazisindən keçən hissəsində olub.
Hərəkətdə olan minik avtomobili ilə qoşqulu motosiklet toqquşub. Qəza zamanı motosikletdə olan bir nəfər aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Daha bir nəfər isə aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
İlkin məlumata görə, motosikletdə olanlar Oğuz rayon sakinləridir. Onlar ata və oğuldur. Qəza zamanı həyatını itirən oğuldur.
Faktla bağlı araşdırma aparılır. (APA)