Bakıda itkin düşən yeniyetmənin Zaqatalada tapılması ilə bağlı araşdırma aparılır - YENİLƏNİB


Bakıda üç ay əvvəl itkin düşən yeniyetmənin Zaqatala rayonunda tapılması ilə bağlı araşdırma aparılır.
Bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev deyib.
E.Hacıyev bildirib ki, 2004-ci il təvəllüdlü Əliyeva Leyla Rauf qızının hansı məqsədlə evdən getməsi və ya qaçırılması ilə bağlı faktın təfərrüatları araşdırılır.
Araşdırmanın nəticəsinə görə qanunvericiliyə uyğun olaraq tədbirlər görüləcək. //APA

***13:05
Bakıda üç ay əvvəl yoxa çıxan qız tapılıb.

Yeniavaz.com xəbər verir ki, 2004-cü il təvəllüdlü Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbə sakini Əliyeva Leyla Rauf qızı itkin düşdükdən 3 ay sonra tapılıb.

L. Əliyevanın anası Raisə Əliyeva APA-ya bildirib ki, qızı Nərimanov Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində Zaqatala rayonunda aşkar edilib.

Faktı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən təsdiq ediblər.

Leyla Əliyevanın anası qızının sonradan tanış olduğu rəfiqəsi vasitəsilə Zaqatala rayonuna aparıldığını və orada tanımadığı yaşlı qadın və kişi ilə birlikdə saxlanıldığını bildirib.

Xatırladaq ki, 2004-cü il təvəllüdlü Əliyeva Leyla Rauf qızı carı ilin mayın 20-də səhər saatlarında Səbail rayonu, Bayıl qəsəbəsində yerləşən evdən çıxıb və bir daha geri qayıtmayıb.

DİGƏR XƏBƏRLƏR

Top