Lionel Messinin "Barselona"dan vidalaşarkən göz yaşlarını sildiyi salfet satışa çıxarılıb.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, salfetə 1 milyon ABŞ dolları qiymət qoyulub.
Argentinalı futbolçu avqustun 8-də təşkil olunmuş mətbuat konfransında çıxış edərkən göz yaşlarını saxlaya bilməyib. 34 yaşlı hücumçunun özünə gəlməsi üçün təqribən 1 dəqiqə vaxt lazım olub.
Qeyd edək ki, Lionel Messi PSJ ilə 2+1 illik müqavilə bağlayıb.