Erməni siyasətçi: "Dəhliz məsələsi ancaq bu halda Ermənistan üçün maraqlı ola bilər"


Ermənistanın Demokrat Partiyasının lideri, politoloq Aram Sarkisyan Naxçıvan dəhlizi barədə açıqlama verib.
Yeniavaz.com
"Sputnik Armenia"ya istinadla xəbər verir ki, Sarkisyan Ermənistandan İrana getmək üçün Naxçıvan üzərindən dəmir yolu veriləcəyi təqdirdə dəhliz barədə addım atıla biləcəyini dilə gətirib: "Bizə Tehrana getmək üçün Naxçıvan Muxtar Respublikası üzərindən dəmir yolu verilməlidir. Bu zaman dəhliz məsələsi bizim üçün maraqlı ola bilər. Həmçinin təhlükəsizlik məsələləri tam həllini tapmalıdır. Yük daşımaları üçün lazım olan şərait qurulmalıdır".
Erməni siyasətçi bu şərtlər yerinə yetməyəcəyi təqdirdə Ermənistanın Naxçıvan dəhlizi məsələsində maraqlı olmayacağı vurğulayıb.

DİGƏR XƏBƏRLƏR

Top