ABŞ təxliyə prosesinə kömək etmək üçün Əfqanıstana əlavə 3 min hərbçi göndərməyi planlaşdırır.
Yeniavaz.com “Tolonews”a istinadla xəbər verir ki, bu barədə Pentaqon sözçüsü Con Kirbi məlumat yayıb. ABŞ Ordusu və dəniz piyadalarından ibarət üç batalyonun hərbi nəqliyyat təyyarələrilə Kabildəki Həmid Kərzayi Beynəlxalq Hava Limanına gedəcəyi bildirilib. Məlumata görə, ABŞ hərbçiləri Kabilin 30 gün ərzində ələ keçirilmə ehtimalını nəzərə alaraq, təxliyə prosesini həyata keçirəcək.