“Taliban” Əfqanıstanın cənubundakı Helmand əyalətinin inzibati mərkəzi olan Laşkar Gah şəhərini ələ keçirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə AFP agentliyi Əfqanıstan təhlükəsizlik xidmətlərindəki mənbəyə istinadən məlumat yayıb. Bildirilib ki, “Taliban” mülki əhalini və əsgərləri şəhərdən çıxarmaq üçün 48 saatlıq atəşkəs tətbiq edib. Silahlı qruplaşmanın üzvü Zabihullah Mücahid öz tvitter səhifəsində Herat, Qəndəhar, Helmand və Badqis əyalətlərinin tamamilə “Taliban”nın əlində olduğunu bildirib.