Türkiyədə sel fəlakəti nəticəsində ölənlərin sayı 31-ə çatıb - YENİLƏNİB + VİDEO

Türkiyədə sel fəlakəti nəticəsində daha 4 nəfər ölüb.

Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, bununla da ölənlərin sayı 31-ə çatıb.

Belə ki, Kastamonuda 29 nəfər, Sinopda isə 2 nəfər həlak olub. Bartında isə bir nəfərin itkin düşdüyü deyilir.


***09:25
Türkiyənin Kastamonu bölgəsində sel səbəbilə ölənlərin sayı artıb.
Yeniavaz.com
Türkiyə mətbuatına istinadla xəbər verir ki, Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) sel fəlakəti səbəbilə Kastamonuda 15 Sinopda isə 2 nəfərin dünyasını dəyişdiyini bildirib. Bartın bölgəsində isə itkin düşən bir nəfərin axtarışları davam edir.
Qeyd edək ki, Türkiyədə yağan güclü yağış ölkənin bir çox bölgəsində dağıntılara səbəb olub. Hazırda xilasetmə işləri davam etdirilir.

DİGƏR XƏBƏRLƏR

Top