Qəbələdə dağlıq ərazidə yanğın davam edir - VİDEO


Ötən gün səhər saatlarından Qəbələ rayonu, Tikanlı kəndi yaxınlığındakı mürəkkəb relyefli dağlıq ərazidə qeydə alınan yanğın hadisəsinin qarşısının alınması istiqamətində təxirəsalınmaz tədbirlərin görülməsinə başlanılıb.

Fövqəladə Hallar Nazirliyindən Yeniavaz.com-a verilən görə, hazırda davam etdirilən yanğınla mübarizə tədbirlərinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları və Şimal-qərb Regional Mərkəzinin müvafiq qüvvələri, həmçinin Aviasiya dəstəsinin helikopteri cəlb olunub. Yanğınsöndürmə işlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları və bir qrup kənd sakini də iştirak edir. Relyefin mürəkkəbliyi və havanın küləkli olması yanğınsöndürmə işlərini çətinləşdirsə də yanğınla mübarizə tədbirləri fasiləsiz olaraq davam etdirilir.

DİGƏR XƏBƏRLƏR

Top