Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail rayon idarəsinin keçmiş rəisi, rüşvət almaqda şübhəli bilinərək iyul ayının 23-də həbs polkovnik Vüsal Babayev azadlığa çıxıb.
Yeniavaz.com-un xəbərinə görə, Unikal.org iddia edir ki, Babayev ev dustaqlığına buraxılıb. Bundan əvvəl məhkəmə onun barəsində 3 aylıq həbs qətimkan tədbiri seçmişdi.
V.Babayev Xüsusi Dövlət Mühafizəsi Xidmətinin sabiq rəisi, general-polkovnik Vaqif Axundovun bacısı oğludur.