ABŞ-ın Alyaska ştatında yaşayış məntəqələrindən 168 kilometr aralıda 8,2 bal gücündə zəlzələ baş verib.
Yeniavaz.com “haberler.com”a istinadla xəbər verir ki, bu barədə ABŞ Geoloji Tədqiqat Mərkəzi xəbər yayıb. Verilən məlumata görə, baş verən şiddətli zəlzələnin ardından ştatın bəzi bölgələrində 6,2 və 5,6 bal gücündə yeraltı təkanlar da qeydə alınıb. Hökumət sunami təhlükəsi barədə əhaliyə xəbərdarlıq edib. Sunaminin ilk olaraq Sand Point şəhərində baş verəcəyi gözlənilir.
Qeyd edək ki, Alyaska ştatında may ayında 6,1 bal gücündə zəlzələ qeydə alınmışdı.