Əvvəlki aylarda olduğu kimi iyul ayında da Avropa ölkələri arasında “Aİ-95” ("Premium") markalı benzinin ən ucuz qiymətə satıldığı ölkə Rusiya olub.
Yeniavaz.com xəbər verir ki, Rusiyada “Aİ-95” markalı benzinin 1 litrinin qiyməti 0,57 avro (1,15 manat) təşkil edir.
Avropa ölkələri arasında “Aİ-95” markalı benzinin ən baha qiymətə satıldığı ölkə isə Niderland hesab olunur. Bu ölkədə “Aİ-95” markalı benzinin 1 litri 1,94 avroya (3,9 manat) satılır.
Avropa ölkələri arasında 3-cü sırada olan Azərbaycanda “Aİ-95" markalı benzinin 1 litrinin qiyməti 1 manat 40 qəpiyə (0,70 avro) bərabərdir.
Qeyd edək ki, bu ayın əvvəlində Azərbaycanda “Aİ-95” markalı benzinin qiyməti 17% bahalanıb.
Avropa ölkələrində “Aİ-95” markalı benzinin qiyməti iyul ayında aşağıdaki kimi olub:
Rusiya - 0,57 avro
Belarus - 0,68 avro
Azərbaycan - 0,70 avro
Türkiyə - 0,77 avro
Ermənistan - 0,79 avro
Gürcüstan - 0,83 avro
Ukrayna - 0,94 avro
Moldova - 0,95 avro
Bolqarıstan - 1,12 avro
Bosniya və Herseqovina - 1,13 avro
Albaniya - 1,18 avro
Şimali Makedoniya - 1,18 avro
Rumıniya - 1,18 avro
Andorra - 1,21 avro
Polşa - 1,24 avro
Sloveniya - 1,25 avro
Macarıstan - 1,26 avro
Litva - 1,28 avro
Kipr - 1,30 avro
Avstriya - 1,31 avro
Çexiya - 1,31 avro
Latviya - 1,32 avro
Malta - 1,34 avro
Lüksemburq - 1,35 avro
Serbiya - 1,36 avro
Monteneqro - 1,37 avro
İspaniya - 1,40 avro
Slovakiya - 1,41 avro
Estoniya - 1,43 avro
Böyük Britaniya - 1,44 avro
Xorvatiya - 1,44 avro
İslandiya - 1,49 avro
İrlandiya - 1,50 avro
Norveç - 1,54 avro
Fransa - 1,58 avro
Belçika - 1,59 avro
İsveçrə - 1,59 avro
Danimarka - 1,60 avro
Almaniya - 1,61 avro
İsveç - 1,62 avro
Yunanıstan - 1,68 avro
İtaliya - 1,69 avro
Finlandiya - 1,71 avro
Portuqaliya - 1,76 avro
Niderland - 1,94 avro