Zod qızıl mədəninin Ermənistanın nəzarətində olan hissəsindən “GeoProMining” şirkətinin texnikası çıxarılıb.
Bu barədə Ermənistan mətbuatı yazıb.
Qeyd olunur ki, mədənin fəaliyyəti dayandırılıb. Buna səbəb ermənilərin Kəlbəcər istiqamətində törətdiyi təxribat olub. Belə ki, Azərbaycan ordusunun bölmələri ermənilərin təxribatının qarşısını almaq üçün cavab tədbirləri görüb. Ərazidə gedən atışma səbəbilə “GeoProMining” şirkəti mədəndə işləri dayandırıb, işçilər və texnika tamamilə ərazisindən çıxarılıb. //oxu.az