ABŞ Silahlı Qüvvələrinin Afrika Komandanlığı "Əl-Şabab" terror qruplaşmasının silahlılarına qarşı 1 həftədə 2 dəfə havadan hücum təşkil edib.
Yeniavaz.com "The New York Times"a istinadən xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Sindi Kinq məlumat yayıb. Əməliyyatın təfərrüatları açıqlanmayıb.
Qeyd edək ki, ABŞ-ın keçmiş prezidenti Donald Trampın əmri ilə ABŞ hərbi bölmələrinin Somalidən çıxarılması 18 yanvar 2021-ci il tarixinədək tamamlanıb. Orada yerləşdirilən təxminən 700 hərbçii ABŞ-ın Cibutidəki bazasına və Keniyadakı müəssisələrə köçürülüb.