"Yeni mutasiyalar ortaya çıxır, ancaq, qapanmaya getməyəcəyik" – Paşinyan


“Koronavirusun bizi uzun müddət müşayiət edəcəyi aydındır, çünki, yoluxma azalır daha sonra mutasiyalar meydana gəlir”.
Yeniavaz.com
“news.am”a istinadla xəbər verir ki, bunu Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan deyib. O bildirib ki, yaxın vaxtlarda koronavirusun yox olacağını gözləmək real deyil:
“Ona görə də bu bizim istiqamətimiz olmalıdır. Koronavirusla yaşamağı öyrənməliyik. Qapalı yerlərdə maska taxmaq və digər vacib tədbirləri görməyə davam etməliyik. İnşallah bu qərarı praktik olaraq həyata keçirə biləcəyik. Bütün bunlara baxmayaraq qapanmaya getməyəcəyik”.
Qeyd edək ki, Ermənistanda bu günə qədər 228 min 161 nəfər koronavirusa yoluxub, 4 min 575 nəfər isə həmin xəstəlikdən dünyasını dəyişib.

DİGƏR XƏBƏRLƏR

Top