"Gürcüstanda epidemioloji vəziyyəti müəyyən edən bütün göstəricilər pisləşib. Ölkə “narıncı” zonadan “qırmızı” zonaya keçib".
Yeniavaz.com Report-a istinadən xəbər verir ki, bunu Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri, baş epidemioloq Amiran Qamkrelidze bildirib.
Onun sözlərinə görə, mövcud vəziyyət narahatlıq doğurur:
“Məhdudiyyətlərin tətbiqi ilə bağlı Koordinasiya Şurasına tövsiyələr artıq təqdim olunub. Epidemioloji vəziyyət pisləşməyə davam edərsə, daha sərt məhdudiyyətlərə ehtiyac yaranacaq”.