Rusiyada bu dəfə “An-28” təyyarəsi radardan itdi


Rusiyanın Tomsk vilayəti yaxınlığında “An-28” tipli sərnişin təyyarəsi radardan itib. 
Yeniavaz.com
xəbər verir ki, bu barədə “interfax” agentliyi məlumat yayıb. Xəbərdə deyilir ki, təyyarə radardan itdikdən sonra, onun qəza mayakı işə düşüb. Axtarış işləri davam etdirilir.
Təyyarədə dörd uşaq daxil olmaqla 13 sərnişin olub. İlkin məlumata görə, təyyarə “Siberian Light Aviation” şirkətinə məxsusdur. Təyyarə Kedrovi-Tomsk marşrutu üzrə hərəkət edib.
Qeyd edək ki, bir neçə gün əvvəl Rusiyanın “Kamçatka Hava Yolları” şirkətinə məxsus “An-26” sərnişin təyyarəsi də radardan itmiş, daha sonra isə qəzaya uğradığı bəlli olmuşdu.  Qəza nəticəsində göyərtədəki 22 sərnişin və 6 ekipaj üzvü ölmüşdü.

DİGƏR XƏBƏRLƏR

Top