Polad Həşimov və İlqar Mirzəyevin şəhid olmasının ildönümüdür


14 iyul general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyevin şəhid olduğu gündür.
Yeniavaz.com xəbər verir ki, ötən il iyulun 12-dən 16-a qədər Tovuz rayonu istiqamətində baş verən döyüşləri idarə edən Polad Həşimov döyüşlərin başlamasından iki gün sonra səhər saatlarında ön xətdə qəhrəmancasına şəhid olub.
Həmin an onunla birgə olan 3-cü Ordu Korpusunun Artilleriya Qərargahının rəisi, polkovnik İlqar Anzor oğlu Mirzəyev, mayor Anar Gülverdi oğlu Novruzov, mayor Namiq Hajan oğlu Əhmədov, gizir İlqar Ayaz oğlu Zeynallı, gizir Yaşar Vasif oğlu Babayev və əsgər Elçin Arif oğlu Mustafazadə də şəhid olublar.
P. Həşimov iyulun 15-də II Fəxri xiyabanda polkovnik İlqar Mirzəyev ilə yanaşı dəfn olunub.
Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Polad Həşimova və İlqar Mirzəyevə "Milli Qəhrəman" adı verilib.

DİGƏR XƏBƏRLƏR

Top